Yanvar ayında nikahların və boşanmaların sayı azalıb.


 


Sfera.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir.


 


Məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 2026-cı ilin ilk ayında 2922 nikaha daxilolma və 1779 boşanma halı qeydə alınıb.


 


2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,4-dən 3,4-ə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.


 


Bununla yanaşı bu ilin yanvar ayı ərzində ölkədə 6243 ölüm halı qeydə alınıb. Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 6,6-dan 7,2-yə qədər artıb.