Günəş partlamaları və koronal dəlikdən qaynaqlanan güclü G3 maqnit fırtınası Yerə yaxınlaşır. Geomaqnit aktivliyi yaxın günlərdə pik həddə çatacaq.


 


Britaniya Geoloji Xidməti bu barədə xəbərdarlıq edib.


 


Mütəxəssislərin fikrincə, martın 16-da Günəşdə tac kütləsinin atılması baş verib və bu, tezliklə Yerə çatacaq.


 


"Qısamüddətli G3 qasıra dövrlərinin ehtimalı ilə geomaqnit aktivliyində əhəmiyyətli artım gözlənilir", - ekspertlər xəbərdarlıq ediblər.


 


Bundan əlavə, martın 17-si səhəri daha bir M sinifli (orta səviyyəli) Günəş partlayışı qeydə alınıb. Onun emissiyası geomaqnit aktivliyinin daha da artmasına da səbəb olacaq.


 


Günəşdə koronal dəliyin təsiri səbəbindən martın 18 və 19-da aktivliyin artması gözlənilir. Bu arada, martın 19-20-də Yer kürəsinə güclü maqnit qasırğası vuracaq./Lent.az