Abşeronda 38 yaşlı qadın dayəlik etdiyi evdə ölüb.


 


Sfera.az “apa.az”a istinadən xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsində baş verib.

 


Məlumata görə, qəsəbə sakini 1988-ci il təvəllüdlü Xəyalə Əliyeva qəsəbənin ərazisində dayəlik etdiyi evdə qəflətən ölüb.

 


Faktla bağlı araşdırma aparılır.