Samux Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Firdovsi Əliyev özünə yeni müavin təyin edib.


 


Sfera.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı, o, müvafiq əmr imzalayıb.


 


Məlumata görə, Elmar Qarayev başçının müavini - Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub.


 


O, yeni təyinatadək Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri vəzifəsində çalışıb.