Neftçalada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.


 


Sfera.az xəbər verir ki, hadisə rayonun Qaçaqkənd kəndi ərazisində qeydə alınıb.


 


Məlumata görə, hərəkətdə olan “99-TE -303” dövlət qeydiyyat nişanlı “Nissan” markalı avtomobillə qəfil idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına aşıb.


 


Qəza nəticəsində kənd sakinləri – 2011-ci il təvəllüdlü Manaflı Əli Vüsal oğlu və onun qardaşı, 2009-cu il təvəllüdlü Manaflı Rəvan Vüsal oğlu hadisə yerində həyatlarını itiriblər.


 


Faktla bağlı araşdırma aparılır. // qafqazinfo