Allahşükür Paşazadə Gürcüstanın katolikos-patriarx II İlyanın dəfnində iştirak edəcək.



 


Sfera.az “Oxu.Az”a istinadla xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bayram namazından sonra jurnalistlərə açıqlamasında deyib.



 


O bildirib ki, uzun illər İlya ilə dostluq edib:

 


"O daim mənim yanımda olub. Martın 22-də dəfndə iştirak edəcəyəm. Böyük şəxsiyyət idi. Azərbaycanın və mənim dostum idi. Dəfələrlə olub ki, Ermənistan məsələsində mənim yanımda olub. Yaxın dostumu itirdim".