Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Müstəqillik Günü münasibətilə Tunis xalqını və hökumətini təbrik edib.


Axar.az xəbər verir ki, bu barədə nazirliyin X hesabında paylaşım olunub.


"Müstəqillik Günü münasibətilə Tunis xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik.


Milli Bayramınız mübarək, Tunis!", - paylaşımda bildirilib.