Havay ştatının Kauai adasındakı xəstəxanaya yerləşdirilən amerikalı kinoaktyor Çak Norris vəfat edib.


 


Sfera.az xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.


 


Çak Norris martın 10-da 86 yaşını qeyd edib.


 


Aktyor "Sərt Uoker, Texas ədaləti" serialındakı baş rolu ilə tanınır. O, çoxsaylı film və televiziya mükafatları qazanıb.


 


1989-cu ildə aktyor Hollivud Şöhrət Xiyabanında ulduz alıb və 1999-cu ildə adı Kaliforniyanın Berbank şəhərindəki Döyüş Sənətləri Muzeyinin Şöhrət Zalına daxil edilib./report