Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Rusiyaya mesaj ötürmək üçün “Telegram” platformasından istifadə etdiyini etiraf edib.


 


Sfera.az-ın məlumatına görə, o bildirib ki, Ukrayna tərəfi Rusiyada da “Telegram” vasitəsilə fəaliyyət göstərir:


 


“Bizə gəldikdə isə biz Rusiyada da “Telegram” vasitəsilə işləyirik. Əlbəttə ki, Rusiyada “Telegram” məhdudlaşdırıldığı üçün onların mesajlarını ictimaiyyətə çatdırması daha çətin olacaq”.




Məlumata görə, “RBC-Ukrayna” Zelenskinin bu fikirlərini sitat gətirib.


 


Niyaz Hacıyev 

Sfera.az