Türkiyənin Hatay vilayətində iki ailə arasında dava 3 nəfərin ölümünə səbəb olub. 


 


Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, uşaqlar arasında başlayan mübahisə qısa müddətdə ailələrinin də qoşulması ilə böyüyüb.


 


Belə ki, tərəflər daş, dəyənək və odlu silah istifadə edib. Hadisə nəticəsində biri qadın olmaqla 3 nəfər həyatını itirib, 22 nəfər isə yaralanıb.


 


Faktla bağlı 6 şübhəli saxlanılıb.


 


Məqaləyə dair fotomateriallar: