"Şamaxinka" adlanan ərazidən üzü Xırdalana gedən yolda avtobus zolağı ləğv edilib.


 


Sfera.az xəbər verir ki bu barədə məlumat və görüntü BAKU.WS-ə daxil olub.


 


Bildirilib ki, həmin küçənin Biləcəri istiqamətinə uzanan yol ayırıcına qədər avtobus zolağı ləğv olunub, artıq sürücülər həmin zolaqdan rahatlıqla istifadə edə bilərlər.