Antiqua və Barbuda ada dövlətinin sahillərində zəlzələ qeydə alınıb.


 


Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.


 


Təbii fəlakətin maqnitudasının 6,5 olduğu bildirilib. Alimlər həmçinin zəlzələnin episentrinin 10 kilometr dərinlikdə yerləşdiyini də dəqiqləşdiriblər. Episentr ölkənin paytaxtı Sent-Condan 1826 kilometr şimal-şərqdə yerləşib.


 


Hazırda sunami təhlükəsi elan olunmayıb. İtki və ya dağıntı barədə heç bir məlumat daxil olmayıb.