Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


 


Sfera.az-ın xəbərinə görə, hadisə Çöl-Ərəb kəndində qeydə alınıb.


 


Belə ki, 2019-cu il təvəllüdlü Hüseynov Hidayət Sahil oğlu yolu keçərkən "VAZ-2107" markalı avtomobil onu vurub. Ağır xəsarətlər alan yaralı təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.


 


Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.