Nyu-Yorkun La-Guardia hava limanında sərnişin təyyarəsi ilə yanğınsöndürən maşın toqquşub.




Sfera.az “New York Post”a istinadən xəbər verir ki, hadisə nəticəsində 4 yanğınsöndürən ağır yaralanıb. 


 


İnsident “Air Canada” şirkətinə məxsus təyyarənin yerə enməsindən bir qədər sonra qeydə alınıb.




Qəzadan sonra La-Guardia hava limanı bağlanıb.