Göyərtəsində 100-dən çox hərbçinin olduğu Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus "Hercules C-130" təyyarəsi ölkənin cənubunda qəzaya uğrayıb.


 


Sfera.az xəbər verir ki, ölkənin müdafiə naziri Pedro Sançes bu barədə mətbuatda yayılan xəbərləri təsdiqləyib. O, "X" sosial şəbəkəsində yazıb:


 


"Dərin kədər hissi ilə bildirirəm ki, Kolumbiya HHQ-yə məxsus, silahlı qüvvələrimizin qulluqçularını daşıyan "Hercules" təyyarəsi Puerto-Legisamo şəhərində havaya qalxarkən qəzaya uğrayıb".


 


Qeyd edək ki, hadisə ilə bağlı təfərrüatlar açıqlanmayıb.