“İnter Mayami”nin hücumçusu Lionel Messi MLS-də “Nyu-York Siti”yə qarşı matçda (3:2) cərimə zərbəsindən qol vurub.


 


Sfera.az xəbər verir ki, bu, argentinalı futbolçunun standart zərbələrdən vurduğu 71-ci qol olub. O, bu göstəricidə Peleni (70) geridə qoyub.


 


Birinci sırada 77 qolla braziliyalı Juninyo Pernambukano qərarlaşıb.


 


Beş MLS oyunundan sonra “İnter Mayami” Şərq Konfransında 10 xalla üçüncü yerdədir.