İran müharibənin başa çatması üçün şərtlərini açıqlayıb.


 


Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Möhsən Rzayi danışıb.


 


O bildirib ki, sanksiyalar tam ləğv olunana qədər İran hərbi əməliyyatları dayandırmayacaq.


 


“Müharibə bütün ziyanın kompensasiyası, bütün iqtisadi sanksiyaların ləğvi və ABŞ-nin İranın daxili işlərinə müdaxilə etməyəcəyinə dair beynəlxalq hüquqi zəmanətlərin verilməsinə qədər davam edəcək”, - M.Rzayi vurğulayıb.//qafqazinfo