Zaqatalada yol qəzası baş verib.


 


Sfera.az apa-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində qeydə alınıb. 


 


2002-ci il təvəllüdlü Səbuhi Abdurahmanovun idarə etdiyi "VAZ 2109” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı çuxura düşüb. 


 


Qəza zamanı sürücü xəsarət alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.


 


Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.