Livan İranın Beyrutdakı səfiri Məhəmməd Rza Rauf Şeybanini "arzuolunmaz şəxs” elan edərək, onu ölkədən qovub.


 


Sfera.az xəbər verir ki, bu barədə Livan xarici işlər naziri Yusif Raci məlumat verib.


 


O bildirib ki, bu qərar İran səfirliyinin Beyrutdakı müvəqqəti işlər vəkilinə çatdırılıb.


 


Raci əlavə edib ki, Şeybani martın 29-dək Livan ərazisini tərk etməlidir.


 


Livan həmçinin Tehrandakı səfiri Əhməd Süveydanı məsləhətləşmələr üçün geri çağırıb.


 


“İran hakimiyyəti iki ölkə arasında mövcud diplomatik normalar və protokolları pozub”, - Livan xarici işlər naziri əlavə edib.