ABŞ, İsrail və İran arasında davam edən hərbi qarşıdurma Hindistanda əsas istehlak məhsullarının qiymətlərinə ciddi təsir göstərib.
Sfera.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb. Məlumata görə, ölkənin şimal bölgələrində yaşayan sakinlər ərzaq, su və yanacaq qiymətlərinin artmasından şikayətlənirlər. Yerli əhali bildirir ki, müharibənin yaratdığı enerji böhranı fonunda əsas resursların dəyəri əhəmiyyətli dərəcədə yüksəlib. Qiymət artımının əsas səbəbi neft və qazın bahalaşmasıdır. Bu isə yalnız yanacaq bazarına deyil, həm də ərzaq məhsullarına və hətta qablaşdırılmış suyun qiymətinə də təsir göstərib.
Mütəxəssislər qeyd edirlər ki, enerji idxalından böyük dərəcədə asılı olan Hindistan bu cür qlobal böhranlara qarşı xüsusilə həssasdır. Təchizat zəncirlərində yaranan fasilələr və beynəlxalq bazarlardakı qeyri-sabitlik birbaşa əhalinin gündəlik həyatına təsir edir.
Firuzə Əliyeva
Sfera.az