“İran hakimiyyətinin İslam müqəddəslərinə qarşı davranışları bağışlanılmaz rüsvayçılıqdır. Tehran siyasi məqsədlər üçün müsəlmanların ilk qibləsini və Məscid ül-Həramı hədəfə almağa cəhd edib”.


 


Sfera.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Aviçay Adri deyib.


 


O əlavə edib ki, İran heç vaxt müsəlmanların tərəfdarı olmayıb, ərəb-İsrail müharibələrindən daha çox müsəlman-ərəbin ölümünə səbəb olub.


 


İsrail KİV bildirib ki, İran Silahlı Qüvvələrinin İsrailə atdığı raketlərdən birinin qalıqları Qüdsdə Əl-Əqsa məscid kompleksinin yaxınlığına düşüb.