İran hakimiyyəti və silahlı qüvvələri tərəfindən ABŞ-yə atəşkəslə bağlı heç bir təklif təqdim olunmayıb.


 


Sfera.az xəbər verir ki, bu barədə İran parlamentinin Məclisin Milli Təhlükəsizlik Komitəsinin üzvü Yaqub Reza-zadeh açıqlama verib. O, İSNA agentliyinə müsahibəsində bildirib ki, müharibənin dayandırılması və atəşkəslə bağlı nə diplomatik qurumlar, nə hökumət, nə də silahlı qüvvələr tərəfindən hər hansı danışıqlar və ya təkliflər irəli sürülməyib. Bundan əvvəl İsrailin “Ynet” nəşri iddia etmişdi ki, İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkof ilə söhbətində İslam Respublikasının yeni ali lideri Müctəba Xameneinin danışıqlara başlamağa razılıq verdiyini çatdırıb.


 


Firuzə Əliyeva


Sfera.az