Pakistanın Baş naziri Şahbaz Şərif ölkəsinin ABŞ ilə İran arasında davam edən gərginliyin aradan qaldırılması üçün danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bəyan edib.


 


Sfera.az xəbər verir ki, TASS agentliyinin məlumatına görə, nazir bu barədə sosial şəbəkə X platformasında paylaşım edib. O bildirib ki, hər iki tərəfin razılığı olduğu halda Pakistan münaqişənin həlli üçün əhatəli və səmərəli danışıqların keçirilməsi üçün platforma təqdim etməyə hazırdır.


 


Şərif qeyd edib ki, İslamabad davam edən qarşıdurmanın sülh yolu ilə həlli istiqamətində atılan addımları dəstəkləyir və bu cür təşəbbüsləri alqışlayır.


 


Baş nazirin sözlərinə görə, Pakistan regionda sabitliyin təmin olunması və gərginliyin azaldılması üçün beynəlxalq səylərə töhfə verməyə hazırdır.


 


Bəsti Rəfizadə




Sfera.az