İran ABŞ və İsrailin hücumlarına cavab olaraq həyata keçirdiyi əks-hücumlarda hədəf bölgüsünü dəyişib. Savaşın 25-ci günündə Körfəz ölkələrinə qarşı hücumlar azalarkən, İsrailə qarşı daha az sayda, amma daha təsirli hücumlar həyata keçirilib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, 28 Fevraldan bəri Qətər 256 raket və PUA-nın hədəfi olub, sonuncu hücum isə 19 Martda baş verib. Səudiyyə Ərəbistanı isə 11 Martdan etibarən artan hücumlarla 16 Martda 98 hücumla zirvəyə çatıb. Daha sonra hücumlar azalıb və 23 Martda ilk həftə səviyyələrinə düşüb.
28 Fevral-23 Mart dövründə İranın əks-hücumlarında ən çox fokus Birləşmiş Ərəb Əmirlikləri (2 156 raket və PUA) və Küveyt (833 raket və PUA) olub.
İsrailə qarşı əks-hücumlarda isə ilk iki həftədə 290 raket və 500 PUA istifadə edilmişdi. 15-22 Mart tarixlərində isə raket sayı yarıya, PUA sayı isə 80% azalıb. Buna baxmayaraq, isabet və ziyan baxımından təsirlər artıb.
Məsələn, 21 Martda İsrailin Arad şəhərinə atılan raket birbaşa isabet edərək 10-u ağır olmaqla 84 nəfərin yaralanmasına səbəb olub. Eyni gün Dimona Nüvə Elektrik Stansiyası yaxınlığında 31 nəfər yaralanıb. 19 Martda İsrailin Hayfa şəhərində petrokimya, neft emalı və elektrik stansiyalarının yerləşdiyi bölgədə partlayışlar qeydə alınıb.
Nəticədə, İranın əks-hücumlarında hədəf prioriteti dəyişib: Körfəz ölkələrinə hücumlar azalır, İsrailə qarşı isə daha dəqiq və zərərli hücumlar həyata keçirilib.
Bəsti Rəfizadə
Sfera.az