Martın 25-də paytaxtın Cəlil Məmmədquluzadə küçəsindən Səməd Vurğun küçəsinədək, həmçinin Hüseyn Cavid prospektinin Seyfəddin Dağlı küçəsindən Landau küçəsinədək olan hissələrində təmir işləri aparılacaq.


 


Bu barədə Sfera.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.


 


Bununla əlaqədar olaraq hər iki istiqamətdə hərəkət saat 08:00-dan 26 mart saat 22:00-dək məhdudlaşdırılacaq.


 


Sürücülərdən alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.