Astroloqların son proqnozuna əsasən, bu gün bəzi bürclər üçün uğurlu imkanlar və müsbət dəyişikliklər ön plana çıxıb. Günün enerjisi xüsusilə maliyyə, karyera və şəxsi münasibətlər sahəsində özünü göstərəcək.


 


Sfera.az astroloqların proqnozuna istinadən xəbər verir ki, bu günün ən şanslı bürcləri Qoç, Buğa, Şir, Tərəzi və Oxatan hesab olunur.


 


Astroloqlar bildirib ki, Qoç və Şir bürcləri üçün yeni başlanğıclar və gözlənilməz fürsətlər mümkündür. Buğa və Tərəzi bürcləri maliyyə baxımından uğurlu qərarlar verə bilər. Oxatan bürcü isə həm iş, həm də şəxsi həyatında mühüm irəliləyişlər əldə etmək şansı qazanır.


 


Qeyd olunub ki, digər bürclər üçün gün daha sabit keçsə də, tələsik qərarlardan uzaq durmaq və diqqətli olmaq tövsiyə edilir. Astroloqlar gün ərzində intuisiyaya güvənməyin vacibliyini də vurğulayıb.


 


Bəsti Rəfizadə

Sfera.az