Göygöldə əlində protexniki vasitə partlayan 13 yaşlı uşağın barmağı amputasiya edilib.


 


Sfera.az apa-ya istinadən xəbər verir ki, hadisə martın 22-də rayonun Üçtəpə kəndi ərazisində baş verib.


 


Məlumata görə, Gəncə şəhər sakini 2013-cü il təvəllüdlü S.B-nın əlində pirotexniki vasitə partlayıb. Nəticədə onun əlində əzilmiş deşilmiş yaralar meydana gəlib və 1 barmağı amputasiya olunub.


 


Faktla bağlı araşdırma aparılır.