"Tünzalə Ağayevadan mahnı istədim, duet təklifi etdim. Biz "Bakı payızın 2001"də birinciliyi qazanmışdıq. Sonra gördüm ki, Tünzalə heç yerdə demir. Heç bir yerdə demədi ki, birinciliyi Zaurla mən qazandım. Ancaq öz adına çıxdı. Üçüncü yeri isə Səidə Sultan qazanmışdı".
Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar artist Zaur Əmiraslanov "Öz aramızda" verilişində deyib. Sənətçi "Bakı payızı 2001"də Xalq artisti Tünzalə Ağayeva ilə özünün də birinci yeri qazandığını açıqlayıb.
Müğənni Səidə Sultan isə bununla bağlı paylaşım edərək, Z.Əmiraslanova əsəbiləşib:
"Zaur Əmiraslanov deyirsən ki, birinci yeri sən tutmusan və bölüşmüsən. Səndə elə ürək var ki, birinci yer bölüşəsən? Deyirsən, Səidə Sultan üçüncü yeri tutub. Qocalmısan deyəsən, yaddaşın gedir. Biz köhnə tarixdə deyilik, yaxın keçmişi yaşayırıq. Birinci yer sənlə Tünzaləyə verildi. İkinci yeri isə mən və Diana Əliyeva qazandı. Özünü qocalığa qoyma, hər şey də yadındadır".//axşam.az