“Fənərbaxça”da Domeniko Tedesko tərəfindən komandadan kənarlaşdırılan milli futbolçu Oğuz Aydının mövsüm sonunda klubdan ayrılacağı gözlənilir.


 


Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Oğuz Aydın qış transfer dövründə Rusiyadan gələn təklifi rədd edərək komandada qalmağı və forma uğrunda mübarizə aparmağı seçmişdi. Lakin liqanın ikinci yarısında futbolçu yalnız 12 dəqiqə meydana çıxıb və texniki direktor Tedesko onu gələcək planlarda nəzərə almayıb.


 


Oğuz Aydının “Trabzonspor” ilə adının hallanmasına baxmayaraq, “Fənərbaxça” rəqibini gücləndirəcək bu addıma müsbət yanaşmayıb.


 


Mövsüm sonunda Oğuz Aydının “Fənərbaxça” ilə yolları tamamilə ayrılacaq və futbolçunun yaz transfer dövründə Avropada yeni klub axtaracağı bildirilib.


 


Bəsti Rəfizadə

Sfera.az