Dünyaca məşhur müğənni Şakiranın "Las Mujeres Ya No Lloran World Tour" çərçivəsində keçirilməsi planlaşdırılan Qətər konserti təxirə düşüb.
Sfera.az xəbər verir ki, Dohada planlaşdırılan tədbir regional təhlükəsizlik problemləri səbəbindən başqa tarixə keçirilib. Dəqiq tarix hələ açıqlanmayıb.
Xəbərdə bildirilib ki, aprelin 1-nə planlaşdırılan konsertə bilet alanlar istəsələr pullarını geri ala bilərlər. Biletlər növbəti konsertdə də keçərli olacaq. //axşam.az