Lənkəran rayonunda maşın piyadanı vurub.


 


Sfera.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının Lənkəran rayonunun Parakənd kəndi ərazisində qeydə alınıb. 


 


Belə ki, 1989-cu il təvəllüdlü Fariz Məmmədov idarə etdiyi "Mercedes Vito" markalı maşın ilə hərəkətdə olarkən, piyada Astara rayonunun Təxtənəkəran kənd sakini, 1984-cü il təvəllüdlü Leyla Kərimağa qızı İbrahimovanı vurub.


 


Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


 


Faktla bağlı araşdırma aparılır./Unikal.Az