İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə məxsus “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisinə qarşı raket hücumu həyata keçirildiyini iddia edib.


 


Sfera.az xəbər verir ki, qurumun yaydığı məlumatda bildirilib ki, hücum zamanı sahildən qanadlı raketlər buraxılıb və gəmi hədəf alınıb. İran rəsmiləri bu addımın ABŞ və İsrailin son hücumlarına cavab olaraq həyata keçirilən hərbi əməliyyatların tərkib hissəsi olduğunu vurğulayıblar.


 


SEPAH-ın açıqlamasında qeyd olunub ki, ABŞ hərbi gəmisi İran tərəfindən daim nəzarətdə saxlanılır. Həmçinin bildirilib ki, gəmi yenidən İran raket sistemlərinin mənzilinə daxil olarsa, növbəti dəfə də hədəfə alınacaq.


 


Bəsti Rəfizadə

Sfera.az