25.03.2026-cı il tarixində saat 14:10 radələrində 2002-ci il təvəllüdlü şəxs (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Sfera.az xəbər verir ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasından verilən məlumata görə, baş, döş, qarın boşluğunun dəqiqləşdirilməmiş travması diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti ağır qiymətlətdirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.//apa