Gəncənin Cavad Xan qəsəbəsində ağır qəza baş verib.


 


Sfera.az xəbər verir ki, “Renault Megane” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb və aşıb.


 


İlkin məlumata görə, qəzada 9 yaşlı Y. Hümbətov, 14 yaşlı T. Hümbətova və daha  iki nəfər müxtəlif dərəcəli bədən xəsatləri alıb. Yaralıların bir ailənin üzvü olduğu bildirilir.


 


Faktla bağlı araşdırma aparılır.//qafqazinfo