Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.


 


Sfera.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb.


 


Belə ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq səkidəki ağacları sındırıb və aşıb.


 


İlkin məlumata görə, qəzada 9 yaşlı Y. H, 14 yaşlı T. Hümbətova və daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralıların bir ailənin üzvü olduğu ehtimal olunur.


 


Faktla bağlı araşdırma aparılır.