Bu gün futbol üzrə dünya çempionatına vəsiqə uğrunda Avropa zonasında pley-off oyunları start götürəcək.


 


Sfera.az xəbər verir ki, gecənin ilk matçı İstanbulda Türkiyə və Rumıniya yığmaları arasında keçiriləcək.


 


Bakı vaxtı ilə saat 21:00-da start götürəcək qarşılaşmanın qalibi finalda Slovakiya - Kosovo duelinin güclüsü ilə üz-üzə gələcək.


 


Avropa zonası üzrə pley-off oyunlarından sonra ümumilikdə 4 milli komanda DÇ-2026-nın final mərhələsinə vəsiqə əldə edəcək. Həlledici oyunlar martın 31-də təşkil olunacaq.


 


DÇ-2026-nın Avropa zonası üzrə pley-off oyunları


 


Yarımfinal


 


A yolu


23:45. İtaliya - Şimali İrlandiya


23.45. Uels - Bosniya və Herseqovina


B yolu


23:45. Ukrayna - İsveç


24:45. Polşa - Albaniya


C yolu


21:00. Türkiyə - Rumıniya


23:45. Slovakiya - Kosovo


D yolu


23:45. Danimarka - Şimali Makedoniya


23:45. Çexiya - İrlandiya


 


Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək 3 ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək. Mundialda ilk dəfə 48 komanda mübarizə aparacaq./Teleqraf