İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sözçüsü İbrahim Rzayi ABŞ-ni İrana qarşı müharibədə məğlubiyyətini etiraf etməyə çağırıb.


 


Sfera.az xəbər verir ki, deputat sosial şəbəkə platforması "X" üzərindən paylaşımında bildirib ki, bu qarşıdurmada təslim olmalı tərəf məhz ABŞ-dir.




“Bu döyüşdə məğlubiyyətini etiraf etməli olan Amerikadır. Bu dəfə Donald Tramp rüsvay olacaq və tamamilə biabır vəziyyətə düşəcək”, – deyə o qeyd edib.


 


Niyaz Hacıyev

Sfera.az