30 yaşdan sonra maddələr mübadiləsi yavaşlayır və orqanizm bəzi qidalara fərqli reaksiya verir.


 


Sfera.az xəbər verir ki, bu səbəbdən bəzi məhsulların azaldılması və ya tamamilə menyudan çıxarılması tövsiyə olunur.


 


Şəkərli içkilər və şirniyyatlar qan şəkərinin sürətlə qalxıb-enməsinə səbəb olur, artıq çəki və insulin müqavimətinə yol açır. Ağ undan hazırlanan çörək və bulkalar uzun müddət toxluq hissi yaratmadığı üçün piylənməyə zəmin yaradır.




Kolbasa, sosis və emal olunmuş ətlər yüksək duz, doymuş yağ və konservant tərkibi ilə ürək-damar xəstəlikləri riskini artırır. Qızardılmış və fast-food qidalar isə qaraciyər və həzm sistemi üçün əlavə yük yaradır. Çox duzlu qidalar maye tutulması, təzyiq problemləri və böyrək yükünün artmasına səbəb olur. Həddindən artıq alkoqol isə qaraciyərin bərpa qabiliyyətini azaldır.




Qeyd edək ki, tərəvəz və meyvələr, tam taxıllar, balıq və keyfiyyətli zülal mənbələri ilə zəngin qidalanma çəki, ürək-damar sağlamlığı və ümumi bədən vəziyyətinin qorunmasında əsas rol oynayır.


 


Niyaz Hacıyev

Sfera.az