Yaxın Şərqdəki münaqişə səbəbindən artıq dünya bazarında neft məhsulları çatışmazlığı yaranıb.
Sfera.az Teleqraf-a istinadın xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak açıqlama verib.
“Artıq ticarət disbalansı mövcuddur. Biz bunu əsasən enerji sektorunda görürük. Ayrı-ayrı bazarların bağlanması, neft məhsullarının istehsalında ciddi defisit, qiymətlərin kəskin artması müşahidə olunur. Mayeləşdirilmiş karbohidrogen qazında da defisit var”, – deyə o bildirib.