Trampın İranla bağlı bəyanatları fonunda "Brent" neftinin qiyməti 5 faizə yaxın artıb.
Sfera.az xəbər verir ki, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti Bakı vaxtı ilə 16:05-də 4,87 % artaraq bir barel üçün 102 ABŞ dollarına çatıb.
Qeyd edək ki, daha əvvəl Tramp İranı tələsməyə və ABŞ ilə münaqişənin başa çatdırılmasına dair danışıqlara ciddi yanaşmağa çağıraraq xəbərdarlıq edib.