NATO-nun 32 üzv ölkəsinin hamısı hərbi xərclərini ÜDM-in ən azı 2%-i səviyyəsinə çatdırıb. Üç ölkə bu göstəricini 2026-cı ilin sonuna qədər 3,5%-ə yüksəltməyi hədəfləyir.
Sfera.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte təşkilatın fəaliyyəti və ötən il qlobal təhlükəsizlik vəziyyəti ilə bağlı hesabatında məlumat verib.
Mark Rutte qeyd edib ki, 7 – 8 iyul 2026-cı il tarixlərində Ankara şəhərində keçiriləcək NATO sammitinə qədər bütün üzv ölkələr hərbi xərclərini ÜDM-nin 5%-nə qədər artıracaq.
Hesabatda vurğulanır ki, NATO müttəfiq qüvvələrinin gücünə arxalanaraq zəruri alət və imkanları təmin etməyə çalışır. Bildirilir ki, alyans dünyanın aparıcı müdafiə təchizatçılarını bir araya gətirir. Lakin mürəkkəbləşən təhlükəsizlik mühiti müttəfiqlərin daha çox hərbi avadanlıq istehsal etməsini və bu prosesi sürətləndirməsini zəruri edir.
Niyaz Hacıyev
Sfera.az