İnsanın doğum tarixi onun xarakterinə və sosial davranışlarına ciddi təsir göstərir.
Sfera.az xəbər verir ki, müəyyən günlərdə doğulan şəxslər daha çox təkliyə, sosial mühitdən uzaqlaşmağa meylli olurlar.
Doğum tarixinizdəki rəqəmlərin enerjisi insanların daxili dünyasını formalaşdırır. Məsələn, 1, 3, 7 və 9 rəqəmləri olan tarixlərdə doğulanlar dərin düşüncəli, daxildən zəngin insanlardır. Onlar başqaları ilə ünsiyyətə girməkdə çətinlik çəkə bilər və tez-tez öz dünyalarına qapılırlar.
Bu cür insanlar asosial deyil, sadəcə enerjilərini qorumağa üstünlük verirlər. Onlar böyük insan kütləsi arasında tez yorula bilər, amma yaxın ətrafları ilə dərin və mənalı əlaqələr qururlar. Doğru rəqəm enerjisi və şəxsi diqqət ilə bu xüsusiyyət müsbət yönə çevrilə bilər. Yəni təklik, yaradıcı potensialın inkişafı üçün fürsətə çevrilə bilər.
Niyaz Hacıyev
Sfera.az