İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin İrana var gücü ilə zərbələr endirməyə davam etdiyini bildirib.


 


Sfera.az xəbər verir ki, bu barədə Netanyahu videomüraciətində bildirib.


 


"Biz İrandakı hədəflərə tam güclə zərbələr endirməyə davam edirik", - Netanyahu qeyd edib.


 


Onun sözlərinə görə, İsrail hərbçilərinin həyata keçirdiyi son əməliyyatlar zamanı, Hörmüz boğazının bağlanması üzrə hərəkətlərin təşkilində günahlandırdığı SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsiri öldürülüb.