Futbol üzrə dünya çempionatına vəsiqə uğrunda Avropa zonasında pley-off oyunlarına start verilib.


 


Sfera.az xəbər verir ki, gecənin ilk matçı İstanbulda Türkiyə və Rumıniya yığmaları arasında keçirilib. Qarşılaşma "ay-ulduzlular"ın minimal hesablı qələbəsi ilə başa çatıb.


 


Yeganə qolu 54-cü dəqiqədə Fərdi Kadıoğlu vurub.


 


Türkiyə millisi finalda Slovakiya-Kosovo duelinin qalibi ilə üz-üzə gələcək.


 


Gecənin digər matçları Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


 


Qeyd edək ki, Avropa zonası üzrə pley-off oyunlarından sonra ümumilikdə 4 milli komanda DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanacaq. Həlledici oyunlar martın 31-də təşkil olunacaq./trend