FİFA futbolda bir sıra yeni qaydalar açıqlayıb.


 


Sfera.az xəbər verir ki, bu qaydalar 2026-cı il dünya çempionatından etibarən tətbiq ediləcək.


 


Yeni qaydalara əsasən:


 


- Əgər əvəzedici oyunçu meydanı 10 saniyə ərzində tərk etməzsə, onu əvəz edən futbolçu meydana daxil olmazdan əvvəl bir dəqiqə gözləməli olacaq.


- Tibb heyəti tərəfindən müalicə olunan futbolçu bir dəqiqə ərzində meydandan kənarda qalmalı olacaq.


- VAR sisteminə ikinci sarı vərəqələr və mübahisəli künc zərbələri ilə bağlı epizodları nəzərdən keçirmək səlahiyyəti veriləcək.


- Oyunçular topun oyuna daxil edilməsi və ya qapıdan zərbə zamanı vaxt itirərsə, hakim beş saniyəlik geri sayım tətbiq edəcək.


- Qayda pozuntusu halında top rəqib komandaya veriləcək: yan xəttdən oyuna daxil etmə və ya künc zərbəsi ilə./trend