İranın Ali Liderinin baş müşaviri Əli Əkbər Vilayəti xəbərdarlıq edib ki, İrana qarşı hərbi əməliyyatlarda iştirak edən hər hansı bir ölkə bumeranq effekti ilə qarşılaşacaq.
Sfera.az “İRNA”ya aistinadən xəbər verir ki, bunu İranın Ali Liderinin baş müşaviri Əli Əkbər Vilayəti deyib
Vilayəti bildirib ki, "İrana qarşı hərbi təcavüzdə iştirak qaçılmaz olaraq iştirakçılarına bumeranq kimi qayıdacaq".
Onun fikrincə, Fars körfəzi qisas mərkəzinə çevriləcək. İranın Ali Liderinin baş müşaviri bildirib ki, Fars körfəzinin coğrafiyası nəticələrsiz qala bilməz.
O əlavə edib ki, İranın milli təhlükəsizliyini təhdid edənlərə zərər verəcək hadisələr qaçılmaz olaraq baş verəcək.
Firuzə Əliyeva
Sfera.az