“Ölkəyə tropi ilə yoluxmuş arılar gətirilib”.
Sfera.az xəbər verir ki, bunu Azərbaycan Arıçılar Assosiasiyasının idarə heyətinin üzvü, “Balçı” MMC-nin əməkdaşı Elvin Bayramlı deyib.
Elvin Bayramlı sosial şəbəkədə paylaşım edərək Azərbaycana tropiyə(arıları təhdid edən Tropilaelaps parazitinə) yoluxmuş arıların gətirildiyini iddia edib:
“Ölkə arıçılığının anasını ağlar qoydular. Ölkəyə tropi ilə yoluxmuş arılar gətirilib. Bunda əli olan "biznesmen" də, "məmur" da arıçılığımıza xəyanət edib. Birmənalı”
Mütəxəssis əlavə edib ki, bu gənə növü xüsusilə Özbəkistanda geniş yayılıb. Onun iddiasına görə, əvvəllər həmin parazit Rusiyaya arılar vasitəsilə ötürülürdü, lakin qadağalardan sonra yeni istiqamət kimi Azərbaycan seçilib.
Məsələ ilə bağlı rəsmi qurumların mövqeyi hələlik açıqlanmayıb.
Firuzə Əliyeva
Sfera.az