Naməlum şəxslər Praqadakı "Rus Evi" mədəniyyət mərkəzinə hücum edib.
Sfera.az xəbər verir ki, bu barədə Mədəniyyət mərkəzinin direktoru İqor Girenko “TASS”a bildirib.
"26 mart axşamı Praqadakı Rus Evinə hücum edildi. Naməlum hücumçular mədəniyyət mərkəzinin binasına içində alovlanan qarışıq olan butulkalar atdılar. Bəxtimiz gətirdi ki, altı Molotov kokteylindən üçü partlamadı. Bu cinayətkarların planı baş tutsaydı, nəticələrin nə olacağını təsəvvür etmək çətindir. Terrorçuların hədəf aldığı pəncərələr kitabxananın pəncərələri idi", - o qeyd edib.
Girenkonun sözlərinə görə, Rusiya Mədəniyyəti Günlərinin bağlanış tədbiri cümə gününə planlaşdırıldığı üçün cinayətin vaxtının təsadüfi seçilmədiyinə şübhə yoxdur. "Yalnız qeyri-insani insanlar mədəniyyəti hədəfə ala bilər! Biz onların vərdişləri və metodları ilə yaxşı tanışıq", - o vurğulayıb.
"Hadisə yerinə bir neçə dəqiqə ərzində gələn Çexiya hüquq-mühafizə orqanlarına və yanğınsöndürənlərə xüsusi təşəkkürümüzü bildirmək istərdik. Əminik ki, bu cinayətin üstü açılacaq və məsul şəxslər ciddi və ədalətli cəza ilə üzləşəcəklər", - Rusiya Parlamentinin rəhbəri yekunlaşdırdı.
Firuzə Əliyeva
Sfera.az