Bu ilin yanvar-fevral aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 410,6 milyon manat olub.


 


Bu barədə Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.


 


Bildirilib ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,6 % çoxdur.


 


İki ayda özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,7 %-i hüquqi şəxslərin, 50,3 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.


 


O cümlədən, hüquqi şəxslər üzrə dövriyyənin dəyəri əvvəlki ilin eyni dövrünə nisbətən 2,6 % artaraq 202,1 milyon manat olub.