Masallı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. 


 


Sfera.az xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Masallı rayonundan keçən hissəsində qeydə alınıb. 


 


Belə ki, "Mercedes" markalı avtomobilin yol kənarında olan maneəyə çırpılması nəticəsində sürücü 1991-ci il təvəllüdlü Rəhim Hüseynov ölüb.


 


Hadisə nəticəsində iki sərnişin isə xəsarət alıb.


 


Faktla bağlı araşdırma aparılır.